Təhsil naziri: “Bu faktdan xəbərim var”
18 dekabr 2012 10:54 (UTC +04:00)

Təhsil naziri: “Bu faktdan xəbərim var”


“Elektron lövhələrin alınması üçün əlavə pul yığılması faktından xəbərim var”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, bütün elektron lövhələri hökumət dövlət proqramına əsasən məktəblərə verib: “Sadəcə, bir neçə məktəbdə müəllim istəyir ki, daha yüksək səviyyəli smart-lövhə olsun. Bu xəbər mənə çatıb. Bunun qarşısını dərhal almışam. Valideynlər bir manat da olsa, bu məsələlər üçün pul xərcləməməlidirlər”.



Nazir bu cür faktlarla bağlı, valideynlərin şəxsən ona müraciət etmələrini bildirdib: “Bu məsələ ilə bağlı mənə müraciət etsinlər. Mənim internet ünvanım və nömrəm hər zaman açıqdır. Belə hadisələr eşidən kimi bunun qarşısını alıram. Burdan elan edirəm ki, məktəbin tikintisi, təmiri və digər məsələlər prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycan hökuməti tərəfindən təmin olunur”.



M. Mərdanov vurğulayıb ki, onun poçt ünvanına çoxlu sayda müraciət daxil olur. Bütün müraciətlər verdiyi tapşırığa uyğun olaraq araşdırılır və öz həllin tapır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1535

Oxşar yazılar