Şura məlumatlandırma sessiyası keçirdi
14 dekabr 2012 17:04 (UTC +04:00)

Şura məlumatlandırma sessiyası keçirdi

Maliyyə yardımı müsabiqəsinin istiqamətləri, mövzuları, şərtləri və zəruri sənədləri haqqında ətraflı məlumat verilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi müsabiqə ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində məlumatlandırma sessiyası keçirib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sessiyada çıxış edən Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov maliyyə yardımı müsabiqəsinin istiqamətləri, mövzuları, şərtləri və zəruri sənədləri haqqında ətraflı məlumat verib.

 

Layihələrin ekspertizası və qiymətləndirilməsi məsələlərinə də toxunan Fərasət Qurbanov ekspertiza mərhələlərində layihələrin və ekspertlərin konfidensiallığını qeyd edərək, sənədlərdən hər hansı birinin Şuranın tələblərinə uyğun gəlmədiyi təqdirdə layihənin ekspert qiymətləndirməsi mərhələsinə buraxılmadığını bildirib. Tədbirdə iştirak edən QHT rəhbərləri Əkrəm Bəydəmirli, Rüstəm Məlikov, Faiq İsmayılov və başqalarının müsabiqə ilə bağlı sualları cavablandırılıb.

 

Xatırladırıq ki,  QHT layihələri müsabiqəyə dekabrın 28-dək qəbul edilir.

# 409
avatar

Oxşar yazılar