Sığortaçıların sayı açıqlandı
08 aprel 2013 12:03 (UTC +04:00)

Sığortaçıların sayı açıqlandı

 

Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 161 015 sığortaçıya fərdi şəxsi hesab açılıb və sosial sığorta şəhadətnamələri paylanılıb. 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent. az-a verilən məlumata görə, aprelin 1-inə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik  sığortaçıların sayı 2 milyon 427 min 89 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olanların 57,9 faizi kişi, 42,1 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaçılar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaçıların 23,6 faizini əhatə edir.

# 496
avatar

Oxşar yazılar