Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib
20 dekabr 2012 18:05 (UTC +04:00)

Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər

Dekabrın 20-də Prezident İlham Əliyev Qusar rayonuna səfərə edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,  dövlət başçısı rayonda “Urva-1” kiçik su elektrik stansiyasının açılışında iştirak edib. Prezident İlham Əliyev stansiyanı işə salıb.
Sonra dövlət başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib. 
Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
 

Daha sonra Qusarda “Zirvə” və “Qaya” otellərinin açılışı olub. 
 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərin açılışında iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərdə yaradılmış şəraitlə tanış olublar.
Səfər çərçivəsində Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib. 
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar