Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
10 sentyabr 2013 10:10 (UTC +04:00)

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsini keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Dünən keçirilmiş birinci mərhələnin imtahanında namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri yoxlanılıb. İkinci mərhələdə isə namizədin ixtisas sahəsində biliklərinə qiymət verilir.

 

 

İmtahanında iştirak etmək üçün 1297 nəfər elektron ərizə təsdiqlədib. Onlardan 942 nəfəri qız, 355 nəfəri oğlandır. Bakı şəhərində 1281, Naxçıvanda isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur. Bu il rezidenturaya qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

 

 

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34