Qızıl Xaç təmsilçisindən Qazax sakini ilə bağlı Ermənistandakı nümayəndəliyinə müraciət
04 aprel 2013 22:16 (UTC +04:00)

Qızıl Xaç təmsilçisindən Qazax sakini ilə bağlı Ermənistandakı nümayəndəliyinə müraciət

 

Qazax rayonunun Xanlıqlar kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Sabir Mühit oğlu aprelin 2-dən cəbhə xəttində meşədə itkin düşüb.

 

Yerli sakinlərin APA-ya verdiyi xəbərə görə, onun yolunu azaraq Ermənistan tərəfə keçdiyi ehtimal olunur.

 

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə APA-ya açıqlamasında bildirib ki, artıq bu faktla bağlı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-ya müraciət edib: “BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın hakimiyyət orqanları ilə bu məsələni araşdırmaq üçün qurumun Emənistan nümayəndəliyinə müraciət edib”.

# 574
avatar

Oxşar yazılar