Qaradağ mahalının qışı, zəlzələnin çadırları...
18 dekabr 2012 00:36 (UTC +04:00)

Qaradağ mahalının qışı, zəlzələnin çadırları...

Güney Azərbaycanın Qaradağ mahalının qışı sərt keçirir. Ancaq bu ilki qışı xatırlamağımızın başqa bir özəlliyi də var.

Buna səbəb cari ilin avqustun həmin bölgədə baş vermiş zəlzələ və bu təbii fəlakətin nəticələrinin aradan qaldırılmamasıdır. 30 dərəcəyə yaxın şaxtada zəlzələdən zərər çəkmişlər, çadırlarda və ya ona oxşar evlərdə yaşayırlar.

Minlərlə insanın soyuqda-şaxtada, belə şəraitdə yaşamasının baisi Tehran hakimiyyətidir. Halbuki vətəndaşlara vədlə də verilibmiş.

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya mənbələrinə istinadən məlumatına görə, son günlərdə yağan güclü qar nəticəsində zəlzələ bölgəsinə gedən yollar bağlanıb, çadırlarda yaşayan əhali, o sıradan da azyaşlı uşaqlar amansız şaxta ilə üz-üzə qalıb.

Zəlzələdən zərər çəkənlər jurnalistlərə soyuq havada baxımsız qaldıqlarından gileylənərək, rəsmilərin bir neçə ay əvvəl onlara evlərini qısa bir zamanda yenidən tikəcəkləri ilə bağlı verdiyi vədləri unutduqlarını bildiriblər.

Xatırladaq, avqustun 11-də Şərqi Azərbaycanda baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 300-ə yaxın kənd tamamilə dağılıb və minlərlə insan çadırlarda yaşayır.

 

# 703
avatar

Oxşar yazılar