Azərbaycanda qanunsuz abortlara, şəxsi həyat və mənzil toxunulmazlığını pozmağa, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensionallığı, gizli məlumatları yaymağa görə cəzalar sərtləşdirilib.
Lent. az-ın verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, xüsusi ali tibbi təsili olmayan şəxs abort edərsə o 360 saatdan 400 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq. Şəxsi həyatın və mənzil toxunulmazlığını pozmağa, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensionallığı, gizli məlumatları yaymağa görə isə 240 saatdan 480 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq.
Qanunsuz abortlara görə cəzalar sərtləşdi
1136