Aktyor Trampın qələbəsinə görə  ABŞ-dan getdi
09 noyabr 2024 23:42 (UTC +04:00)

Aktyor Trampın qələbəsinə görə ABŞ-dan getdi

Amerikalı aktyor Tom Henks son prezident seçkilərində Donald Trampın qələbəsi ilə əlaqədar ABŞ-ı tərk edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə o, pərəstişkarlarına yazdığı məktubda danışıb.

Sənətçi “hazır olmadığı” seçkinin nəticələrini gördükdən sonra qərar verdiyini qeyd edib. “Mən düşündüm ki, “Qaç, Forrest, qaç!” Və mən də məhz belə etdim”, - o paylaşıb.

Henks deyib ki, o, indi “uzaq, naməlum bir yerdədir” və “dəqiq Amerika olmayan bir şeyin” gözəl mənzərəsi var.

O, Ştatlara qayıdıb-qayıtmayacağı ilə bağlı açıqlama verməsə də, bunun Trampın prezidentliyinin sonunda baş verə biləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6174
avatar

Oxşar yazılar