Supermodel ərə gedəndən  bir neçə ay sonra öldü
10 noyabr 2024 14:21 (UTC +04:00)

Supermodel ərə gedəndən bir neçə ay sonra öldü

1990-cı illərdə şöhrət qazanan britaniyalı supermodel Corcina Kuper 46 yaşında vəfat edib.

Lent.az-ın xarici mediaya stinadən məlumatına görə, Kuper evləndikdən bir neçə ay sonra Yunanıstanın Kos adasında tətildə olarkən vəfat edib.

Mənbənin sözlərinə görə, o, evə uçmaqdan bir gün əvvəl "qəfil xəstələndikdən" sonra ölüb.

Kuper iyun ayında ərə getmişdi

Bildirildiyinə görə, o, Kos adasındakı əsas xəstəxanaya aparılsa da, vəziyyəti o qədər ağır olub ki, təcili tibbi yardım təyyarəsi ilə Kritə aparılıb və ölümündən əvvəl 5 gün reanimasiyada qalıb. Kuperin cənazəsi keçən həftə İngiltərəyə aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Oxşar yazılar