Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ:  yeni doğulan körpə öldü
09 noyabr 2024 22:37 (UTC +04:00)

Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ: yeni doğulan körpə öldü

Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Zaqatala şəhərində anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub.

Doğuş zamanı ölü qız uşağı doğulub.

C. Əliyevanın valideyinlərinin verdiyi məlumata görə, qızı C. Əliyevanın hamiləlik dövründə həkimi mama-ginekoloq Rəna Sultanova olub.

Doğuşa kimi yoxlamalar zamanı R. Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.

Hətta bu gün axşam saatlarında C. Əliyevanın doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə məlumat verilib.

Lakin doğuşdan sonra dərhal valideyinlərə uşağın ana bətnində bir-neçə gün əvvəl öldüyü bildirilib.

C. Əliyevanın oktyabrın sonunda ultra səs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin normal olması barədə rəy verilib.

Qeyd edək ki, son 10 gün ərazində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.

Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9897
avatar

Oxşar yazılar