Orta məktəblərdə monitorinq imtahanlarının vaxtı açıqlandı
04 aprel 2013 12:05 (UTC +04:00)

Orta məktəblərdə monitorinq imtahanlarının vaxtı açıqlandı

“Orta məktəblərdə monitorinq imtahanları 5 və 11-ci siniflərdə keçiriləcək və artıq texniki məsələlər hazırdır”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanlar aprelin 20-dən sonra keçiriləcək. “Monitorinqlər 11-ci siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat” və “Fizika, 5-ci siniflərdə isə “Azərbaycan dili” və “Riyaziyyat”, rus bölməsində isə “Rus dili” və “Riyaziyyat” fənnindən keçiriləcək” - deyə, M. Abbaszadə əlavə edib.

TQDK sədri onu da bildirib ki, monitorinq imtahanlarının keçiriləcəyi məktəblər də artıq məlumdur: “Aprelin 23, 24, 25-də Bakıda, Bölgələrdə mayın 6,7, 8-də keçiriləcək”.

# 1241

Oxşar yazılar