Nazirlik ehtiyacı olanlara yardım etdi
03 aprel 2013 16:28 (UTC +04:00)

Nazirlik ehtiyacı olanlara yardım etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən komissiya”sı bu günlərdə növbəti iclasını keçirib. Bu barədə Lent. az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  İclasda 33 nəfər vətəndaşın müraciətinə baxılıb. 12 nəfərin respublikadan kənarda, 1 nəfərin respublika daxilində müalicəsi  barədə qərar qəbul olunub.

 

Eyni zamanda, qalan 20 nəfərin müraciətlərinə uyğun olaraq, ayrı-ayrı sosial-məişət problemlərinin həll edilməsi qərara alınıb.

Qeyd edək ki, ötən il 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar, 47 nəfər insan alveri qurbanına, 50 nəfər  potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib.

# 642

Oxşar yazılar