“Bakının Zığ yamacındakı sürüşmə sahəsində monitorinqlər aparılır və hazırda həmin ərazidə aktivləşmə müşahidə olunmur”. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib.
B. Qaralov onu da bildirib ki, Bakının digər 7 əsas sürüşmə sahəsində - Badamdar, Bayıl, Əhmədli-1, Əhmədli-2, Zığ, Qaraçuxur, Masazırdakı mövcud vəziyyət yoxlanılır: ”Həmin ərazilərdə də aktivləşmə yoxdur”.
Qeyd edək ki, bir müddət yağan yağışlardan sonra Bakının Zığ yamacındakı sürüşmə sahəsində yaranan aktivləşmə müşahidə olunub.