Misir Mərdanov hərbi dərslərdən danışdı
18 dekabr 2012 11:03 (UTC +04:00)

Misir Mərdanov hərbi dərslərdən danışdı

“Təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib. Nazir qeyd edib ki, Azərbaycanın təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi ilə bağlı qərar vaxtında və zamanında verilib: “Hər kəs bilməlidir ki, ölkə ərazisinin 20 faizi işğal olunub”.

 

 

Gec-tez bu ərazilərin qaytarılmalı olduğunu deyən nazir vurğulayıb ki, bu əraziləri də özümüz qaytarmalıyıq. “Bu baxımdan bütün təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə böyük ehtiyac var. Orta məktəblərdə gənclər yetişir. Onların hərbi hazırlığının yaxşılaşdırılması üçün əlimizdən gələni etməliyik. Hökumətin bu qərarı bizi bu işə daha məsuliyyətlə yanaşmağa sövq edir. Bununla bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planı yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq” – deyə nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083

Oxşar yazılar