Misir Mərdanov: “Alimlərin əksəriyyəti yaşlı insanlardır”
18 dekabr 2012 11:34 (UTC +04:00)

Misir Mərdanov: “Alimlərin əksəriyyəti yaşlı insanlardır”

“Hazırda Azərbaycanda 30 mindən artıq elmi-pedaqoji işçi var. Onların 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Doktorantların və gənc tədqiqatçıların XVII Respublika Elmi Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurlar sadələşdirilməlidir. Onun sözlərinə görə, Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər də problemlərlə rastlaşmırlar. Azərbaycanda da prosedurlar sadələşdirilməlidir: “Biz nə ediriksə, hamısı elmin inkişafına yönəlməlidir. Süni maneələr aradan qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək”.

 


M.Mərdanov qeyd edib ki, Azərbaycanda gənc alimlərin sayı çox azdır: “Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ məni çox narahat edir. Hazırda gənc alimlərin sayı kritik həddə az olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər görülməldir”.

# 1546

Oxşar yazılar