
Masallı-Astara yolunun tikintisi davam edir
Ələt-Astara İran Respublikası ilə dövlət sərhədi avtomobil yolu çərçivəsində reallaşdırılan Masallı-Astara yolunun B hissəsinin tikintisi sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, 1B dərəcəyə uyğun yeni trassa üzrə tikilən yolun uzunluğu 20 kilometrdən artıq olacaq. Lənkəran şəhərinin Girdani kəndindən başlayan yol Qamışovka kəndində başa çatacaq.
Tikintisinə 2013-cü ilin iyun ayında başlanılan yol boyu 2 ədəd yol qovşağı, 8 körpü, 78 ədəd dairəvi, 18 ədəd düzbucaqlı boru nəzərdə tutulub. Artıq dairəvi boruların 50 faizi, düzbucaqlı boruların isə 80 faizi tikilmiş, 2 yol qovşağı və 6 körpüdə tikinti işlərinə başlanılıb. Torpaq işləri ilə yanaşı, asfalt-beton örtüyünün döşənməsi işləri də paralel olaraq davam etdirilir.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 avqust 2025 , 08:25
Üç BÜRC "Qara zolaqdan" çıxacaq və çoxdan gözlənilən xoşbəxtliyi tapacaq
21 avqust 2025 , 00:02
"Dalga Beach"də işləmiş bir qrup işçi aylardı maaşını ala bilmir-VİDEO
20 avqust 2025 , 23:04
Bu üç ayda doğulan insanlar ən güclü intuisiyaya malikdirlər
20 avqust 2025 , 18:54
Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT
20 avqust 2025 , 18:10
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
20 avqust 2025 , 17:04
Yayda bu əşyaları maşına qoymayın: partlayış ola bilər
20 avqust 2025 , 16:00