Kürdəxanıdakı “sünnət faciəsi” ilə bağlı rəsmi açıqlama
04 aprel 2013 17:35 (UTC +04:00)

Kürdəxanıdakı “sünnət faciəsi” ilə bağlı rəsmi açıqlama

Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşamış  Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Q.Qədirovun son 10 gündə sidik ifraz edə bilməməsi, axırıncı 3 gündə isə səhhətinin daha da pisləşməsi səbəbindən valideynləri çıxış yolunu onun sünnət etdirilməsində görmüşlər. Bu məqsədlə yaşadığı evə "dəllək" dəvət edərək onu sünnət etdirib, sonradan uşağın vəziyyəti pisləşərək 14 saylı Təcili Tibbi Yardım Stansiyasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

# 1049
avatar

Oxşar yazılar