İyunun 2-də ilk buraxılış imtahanı olacaq
31 may 2013 12:57 (UTC +04:00)

İyunun 2-də ilk buraxılış imtahanı olacaq

TQDK iyunun 2-də Bakıda, Sumqayıtda və Abşeron rayonunda orta ümumtəhsil müəssisələrində ilk buraxılış imtahanları keçirəcək. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Eyni gündə Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevirdə rus bölməsi üzrə də buraxılış imtahanı olacaq. Şagirdlər imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.


Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər verilmiş mövzu üzrə yazı işi yerinə yetirməlidirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinə 30 dəqiqə vaxt ayrılır. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar