İTV rəhbəri olmaq istəyənlər kimlərdir? - DOSYE
22 aprel 2013 12:59 (UTC +04:00)

İTV rəhbəri olmaq istəyənlər kimlərdir? - DOSYE

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulunu başa çatdırıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və  Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. Namizədlər haqqında qısa məlumatı Lent.az oxucularının diqqətinə çatdırırıq

 

Mustafayev Nicat Qafur oğlu – 1984-cü ildə Kürdəmir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Universitetində ali təhsil alıb. Jurnalist kimi fəaliyyətə İctimai televiziyada müxbir kimi başlayıb. Daha sonra AZtv-yə keçib. “Biz Production" MMC-nin təsisçisi və baş redaktorudur. Yazıçıdır, bir neçə kitabı çıxıb. Həmçinin rejissor kimi də tanınır.

 

Hüseynov Emin Rafik oğlu -1979-cu ildə Bakıda anadan olub. İqtisad Universitetində ali təhsil alıb. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktorudur. 2002-2005-ci illərdə Turan informasiya agentliyində çalışıb. 2006-cı ildən RATİ-də fəaliyyət göstərir. 2008-dən bəri onun rəhbərlik etdiyi QHT mütəmadi olaraq İTV telekanalında  monitorinqlər keçirib. 2010-cu ildən bəri “Obyektiv tv” layihəsinə rəhbərlik edir.

 

Quliyev Cəmil Elşad oğlu - 1963-cü ildə Bakı şəhərində anadan olub. Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktorudur. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respiublikası Kinematoqrafçılar ittifaqının icraçı katibi seçilib. Professor Elşad Quliyevin oğludur.

 

Namizədlərdən yalnız Ş.Şəfiyev barəsində geniş məlumat yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2218

Oxşar yazılar