İstirahət günləri yağış yağmayacaq
31 may 2013 13:27 (UTC +04:00)

İstirahət günləri yağış yağmayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti həftə sonuna (iyun ayının ilk günlərinə) olan hava proqnozunu açıqlayıb. Lent.az-ın məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə həftə sonu hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında temperaturun tədricən 2-3 dərəcə yüksəlməsi kənd təsərrüfatı bitkilərinin inkişafını təmin edəcək, meyvə ağaclarında yetişməni sürətləndirəcək, pambıq, qarğıdalı və otlaq bitkilərinin boy atması üçün münasib olacaq. Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin yığımı üçün də əlverişli şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar