Güney azərbaycanlı ictimai-fəal məhbusun aclıq aksiyası
09 aprel 2013 05:56 (UTC +04:00)

Güney azərbaycanlı ictimai-fəal məhbusun aclıq aksiyası

Güney azərbaycanlı ictimai- fəal aprelin 8-dən etibarən Marağa şəhər həbsxanasında aclıq aksiyasına başlayıb. APA-nın məlumatına görə, Mehdi Kuxian bu barədə ailəsi ilə telefon danışığı zamanı xəbər verib. Azərbaycanlı fəal aclıq aksiyasına səbəb kimi onunla birlikdə həbsdə saxlanılan dostu Oxtay (Abbas) Vəlizadənin 8 illik həbs qərarını, həbsxana məmurlarının tibbi və təcili yardım göstərməmələrini və məhkəmənin onları müvəqqəti azadlığa buraxılması üçün indiyədək qərar verməməsini göstərib.

 

Qeyd edək ki, Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Mehdi Kuxiyan və Abbas Vəlizadə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər. 

 

# 619
avatar

Oxşar yazılar