Hansı çaylarda suyun səviyyəsi artıb?
31 may 2013 14:39 (UTC +04:00)

Hansı çaylarda suyun səviyyəsi artıb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylardakı son vəziyyəti açıqlayıb. Lent. az-ın verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylardakı vəziyyətə gəlincə, son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 36 sm azalma qeydə alınıb. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub.

 

Son günlər ərzində yağan yağışlarla əlaqədar Kür çayının sağ və sol qollarında sululuğun kəskin artımı baş verib. Belə ki, Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsi 126 sm artıb. Bunun nəticəsində Kür çayının aşağı axınında səviyyə artımı müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar