Hacıbala Abutalıbov: "Onların narazı qalmasında maraqlı olanlar vardı"-APA TV
29 mart 2013 22:55 (UTC +04:00)

Hacıbala Abutalıbov: "Onların narazı qalmasında maraqlı olanlar vardı"-APA TV

 

"Bakı Qış Parkının salınması üçün ərazidən köçürülən sakinlərin narazı qalmasında maraqlı olan qüvvələr var idi". Bunu APA TV-yə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

 

 

 

 

Qeyd edək ki, bu parkın yaradılması nəzərdə tutulan ərazidən 5 mindən çox ailənin başqa yerlərə köçürülməsi nəzərdə tutulub. Artıq onlardan bir qisminin köçürülməsi prosesi gedir. Hər ailəyə evin kvadrat metrinə görə 1500 manat pul ayrıldığını deyən şəhər meri buna etiraz edənlərin sonradan razılaşdığını da bildirib: " İnanın gedənlərin çoxundan minnətdarlıq almışıq. Çünki verilən puldan həm mənzil alıblar, həm də özlərinə saxlayıblar. Narazı olanlar azdır. Onlar narazı deyil, onları narazı salmaq istəyənlər var idi. Biz isə onlarla bir masa arxasında oturub çay içdik. Məsələn, ötən gün Ağdamdan olan şəhid ailəsi Gülgəz xanımın adından yazdılar. Amma görürsünüz çox razı, minnətdarlıq edə-edə köçüb getdi".

 

 

 

Parkın ərazisinin 28 hektar olduğunu deyən şəhər meri bildirib ki, park bir çox qeyri-adi xüsusiyyətlərinə görə seçiləcək. Onun sözlərinə görə, ərazidə 4500-dən çox avtomobilin yerləşdirilməsi üçün dayanacaq da olacaq: "Qəzetlərin yazdığı kimi, 2014-cü ildə yox, bu il qurtaracağıq. Vəziyyət çox yaxşıdır".

 

 

Eyni zamanda mer may ayında keçiriləcək gül bayramından da danışıb. Onun sözlərinə görə, bu il əvvəlki illərlə müqayisədə  ölkəyə iki dəfədən çox gül gətiriləcək. Eyni zamanda ərazi xüsusi dizaynla bəzədiləcək. Bunun üçün hollandiyalı mütəxəssislərlə artıq danışıqlar da başlayıb.

 
# 2379
avatar

Oxşar yazılar