Xariciləri oxumaq adı ilə  Azərbaycana gətirib aldadan tutuldu - VİDEO
02 may 2024 15:52 (UTC +04:00)

Xariciləri oxumaq adı ilə Azərbaycana gətirib aldadan tutuldu - VİDEO

Təhsil almaq məqsədilə Azərbaycana gələn 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 51 yaşlı Mişra Praşant Bakıda saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla məlum olub ki,  M.Praşant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Praşant barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

# 1749
avatar

Oxşar yazılar