Güclü külək əsəcək
17 iyun 2013 12:39 (UTC +04:00)

Güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 28-33  dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağ və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz  32-37 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 19-24 dərəcə isti dərəcə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar