
Gözdən əlil abituriyentlər üçün plan yerləri ayrıldı
2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan I və II dərəcəli gözdən əlil abituriyentlər Tibbi Sosial Ekspert komissiyalarından verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086) və "Abituriyentin elektron ərizəsi”ni iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya Mərkəzin regional bölmələrinə təqdim etməlidirlər.
Qeyd edək ki, bu ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il aprelin 28-də keçirilən imtahanın nəticələrinə əsasən aparılacaq.
Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Oxşar yazılar

Dörd BÜRCÜ bu həftə böyük uğur gözləyir
26 fevral 2025 , 00:15
Lənkəranda bu axşam hər süfrəyə mütləq su qoyulur - VİDEO
25 fevral 2025 , 22:46
Hər kəsin həssas yeri XOCALI: "Ana harayı" abidəsinin ətrafından təsirli görüntülər - REPORTAJ
25 fevral 2025 , 18:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
25 fevral 2025 , 17:29
Küləklə bağlı XƏBƏRDARLIQ
25 fevral 2025 , 17:17
Aramsız qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
25 fevral 2025 , 16:23
Qarlı havada partlayan borular, qaz sızması... Nəyə diqqət etməliyik?
25 fevral 2025 , 15:05