"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını "Napoli"də davam etdirəcək. 33 yaşlı belçikalı İtaliya klubuna keçməyə razılaşıb və yaxın günlərdə komandaya qoşulacaq.
Lent.az xəbər verir ki, De Bruyne "Napoli" ilə 2 illik müqavilə imzalayıb. Onun illik maaşı 5 milyon avro olacaq.
De Bruynenin "Mançester Siti" ilə müqaviləsi iyunun 30-a qədərdir və bundan sonra o, azad agent olacaq. Kevin "Volfsburq"dan gələndən sonra 2015-ci ilin yayından "Mançester Siti"də oynayır. O, şəhərlilər ilə 18 kubok qazanıb.
Ötən mövsüm futbolçu "Siti"nin heyətində 40 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.