Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti İlhamə Quliyeva ilə vida mərasiminə qatılıb.
Lent.az-ın məlumatına görə, nazir vida mərasimində ötən gün Azərbaycan prezidentinin və digər dövlət rəsmilərinin adından yayılan nekroloqu səsləndirib, xalq artistinin həyat yoluna nəzər salıb, yaradıcılığı barədə danışıb. Nazir İ.Quliyevanın böyük sənətkar olduğunu bildirib.
Vida mərasimində xalq artisti Natavan Şeyxova, bəstəkar Faiq Sücəddinov, Canəli Əkbərov, Yalçın Rzazadə və başqaları da çıxış edib.