Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, oktyabrın 6-dək respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi və yağışların yağacağı gözlənilir.
Temperatur rejimi ensə də, bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün istilik ehtiyatları kifayət qədər olacaq. Yalnız Mərkəzi Aran rayonlarında istilik çatışmazlığı ilə səciyyələnən yağıntılı və küləkli hava şəraiti pambığın yetişməsini, yığımını və qurudulmasını çətinləşdirəcək. Hava şəraiti ümumən üzüm və meyvə bağlarında, bostanlarda məhsulun yığımı və çoxillik otların biçini üçün əlverişsiz olacaq. Belə yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına əlverişli olsa da, payızlıq dənli bitkilər üçün ayrılmış sahələrdə səpin qabağı işlərin aparılması şəraitini çətinləşdirəcək.