Dalay Lama Nizami Gəncəvidən danışdı
03 aprel 2013 11:15 (UTC +04:00)

Dalay Lama Nizami Gəncəvidən danışdı

Dalay Lama Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil edəcəyi Cənubi Qafqaz Forumu ilə əlaqədar fikirlərini bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Dalay Lamanın Katibliyindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göndərilən məktubda qeyd edilir ki,  Mərkəzin 12-ci əsrdə yaşamış Azərbaycan şairi Nizami Gəncəvinin insan hüquqlarına belə həssaslıqla yanaşdığını araşdırması, əsərlərində insan hüquqlarını təbliğ etməsini görmək çox təsirləndiricidir və bir örnəkdir.

Dalay Lama vurğulayıb ki,  9 əsr bundan öncə yaşamış  Nizaminin ona qul olaraq göndərilən qadını azad etməsi  müasir cəmiyyət üçün çox önəmlidir: “Bəşəriyyətin anlaşması və birliyi baxımından,  Nizami kimi ümumbəşəri dəyərləri birləşdirən mütəfəkkirlər müstəsna rol oynayır. Mərkəzin bəşəriyyət üçün önəmli olan problemlərə belə diqqətlə yanaşmasını yüksək qiymətləndiririk .”
 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Gəncə şəhər İcra Hakimiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.

# 1064
avatar

Oxşar yazılar