Dağlıq rayonlara yağış yağacaq
01 avqust 2013 12:19 (UTC +04:00)

Dağlıq rayonlara yağış yağacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 2-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən  məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək. 

 

Azərbaycanın rayonlarına gəlincə, avqustun 2-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

 

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

 

# 567
avatar

Oxşar yazılar