
Bu il tikilən və təmir işi aparılan MƏKTƏBLƏR
2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilib.
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində əsaslı təmir işləri (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM), 3 məktəbin (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binalarının sökülərək yenidən tikintisi, 5 məktəbin (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılıb.
1 təhsil müəssisəsində isə (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub.
Bundan başqa "Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb (161 nömrəli tam orta məktəb) tikilib.
Eləcə də Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb tikilib istifadəyə verilib.
Oxşar yazılar

Azərbaycanda “Son zəng” qeyd edilir
14 iyun 2025 , 07:26Bu ölkədə cəngəllikdə həbsxana tikilir - adi cinayətkarlar üçün deyil
13 iyun 2025 , 20:15
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı
13 iyun 2025 , 19:44
Ləğv edilmiş reyslərə görə Azərbaycan vətəndaşları İrəvanda, Ermənistan vətəndaşları Bakıda qalıb
13 iyun 2025 , 19:11
Dörd BÜRC çətin seçim etməlidir: Həlledici məqamdır
13 iyun 2025 , 18:36
İki gün güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
13 iyun 2025 , 17:26
Bakının əsas yollarında hərəkət məhdudlaşır - SİYAHI
13 iyun 2025 , 17:02