Arıqlama çaylarının "qara bazar"ı:  İdeal bədən adı ilə qadınları məhv edirlər
13 iyun 2025 16:13 (UTC +04:00)

Arıqlama çaylarının "qara bazar"ı: İdeal bədən adı ilə qadınları məhv edirlər

Son günlərdə Türkiyədə yaşanan bir hadisə yenidən arıqlama çaylarının yaratdığı təhlükələri gündəmə gətirib. Bir qadın istifadə etdiyi arıqlama çayı səbəbindən qaraciyər çatışmazlığı ilə komaya düşüb və yalnız orqan transplantasiyası sayəsində həyatda qala bilib. Bu, ilk və yeganə fakt deyil. Hər il yüzlərlə, bəlkə də minlərlə insan bu tip məhsulların qurbanına çevrilir.

“Təbii” adı altında satılan təhlükə

Arıqlama çayları, xüsusilə qadınlar arasında sürətlə yayılmağa davam edir. Sosial şəbəkələrdəki reklamlar, “tez arıqlatmaq” vədləri, “təbii məhsul” adı altında təqdim olunan bu çaylara olan marağı daha da artırır. Halbuki bu məhsulların bəziləri tərkibində orqanizm üçün ciddi təhlükə yarada biləcək maddələr saxlayır.

Dietoloq Nigar Qarəhmədova bildirir ki, arıqlama çaylarının istifadəsi uzunmüddətli ciddi fəsadlara yol açır:

Çox arıq olmağın fəsadları aşkarlandı | Modern.az

Sürətli çəki itirmək istəyən bir çox insan arıqlama çaylarından istifadə edir. Lakin ilk başlarda bu çaylar xoş təsir bağışlasa da, onun fəsadları zamanla üzə çıxır.

Uzun müddət içdikdə, qaraciyər və böyrək çatışmazlığı yaranır. Bu orqanlar həddindən çox çalışdığı üçün tez sıradan çıxırlar. Eyni zamanda ürək ritminin, bağırsaq mikroflorasının pozulması da bu arıqlama vasitəsinin yaratdığı fəsadlarındandır.  

Bağırsaq mikroflorasının pozulması zamanı bədən qəbul olunan qidaları lazımi formada həzm edə və onun insan üçün vacib komponentlərini ayıra bilmir. Nəticədə, yediklərimizin sağlamlığımıza faydası 0-a enir.  

Arıqlama çaylarını həyatımızdan tamamilə çıxarmaq lazımdır. Sağlam çəki atmağın ən yaxşı üsulu həm protein, həm karbohidrat, həm də yağ tərkibli qidalanma forması seçmək və onunla yanaşı idman etməkdir. Çünki idmansız çəki atdıqda, bədəndə əzələ çatışmazlığı yaranır. Ona görə də, balanslı qidalanma proqramı və idman çəki atmağın ən mükəmməl yoludur.

Heç bir halda sürətli çəki atmaq üçün istifadə olunan çayları və digər prosedurları məsləhət görmürəm”. ,- deyə dietoloq fikrini yekunlaşdırıb.

Sağlam alternativlər varmı?

Qida üzrə ekspert Ağa Salamov Lent.az-a bildirib ki, bu cür çayların yerinə təbii otlardan istifadə daha məqsədəuyğundur:

Kəklikotu haqqında məlumat -Kəklikotu çayının 9 faydası

“Arıqlama çayları çəki atmaqla yanaşı, sağlamlığın itirilməsinə də səbəb ola bilər. Bu çayların arasında sidikqovucu, yəni su kütləsini dərhal bədəndən ixrac edən növlər də var. Lakin təəssüf ki, burada su kütləsi ilə birgə qanda minerallar da, itirilir. Bundan başqa, arıqlama çayları böyrəkləri yorur və ürək ritmini artırır.

Ən yaxşı çıxış yolu təbii otlardır. Kəklikotu, çobanyastığı, nanə çayları insan orqanizmi üçün daha faydalıdır. Əgər otlarla çəki atmaq mümkün olmursa, o zaman, mütləq ali təhsilli həkim-dietoloqlara müraciət etmək lazımdır.

Bəzi arıqlama çayları ishal və bağırsaq sürüşkənliyi kimi xoşagəlməz hallar yarada bilir. Bu çaylar onikibarmaq bağırsaq, həmçinin mədə problemi olan insanlara daha pis təsir göstərir. Ona görə də, bu çayları qəbul etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.

Təəssüf ki, uzun müddət arıqlama çaylarından asılı yaşayan insanlar anidən ondan imtina edəndə, qəbizlik kimi problemlərlə rastlaşırlar. Bağırsaqları bu çayla işləyən insanların anidən qəbizliklə mübarizə aparması, sonda obezliyə, hədsiz çəki almağa səbəb olur.

Bütün mənfi və həyati riskli səbəbləri göz qabağına gətirəndən sonra, arıqlama çaylarını istifadə edəndə 1 dəfə yox, 1000 dəfə düşünmək lazımdır.  

Ümumiyyətlə arıqlama çayları yerinə sağlam qida və sulardan istifadə edib, arıqlamaq tövsiyyə olunur”,-deyə ekspert vurğulayıb.

Çayların “qara bazarı”

Bəs bu qədər təhlükəli olan məhsullar necə və kim tərəfindən satışa çıxarılır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a bildirir ki, bu tip çayların əksəriyyəti qeyri-leqal şəkildə, nəzarətsiz satılır:

9-ci ildə Satış Tələbləri Yaratmaq üçün Ən Yaxşı 2022 Aparıcı Mənbə | AI  ilə məşğul olun

"Bütün arıqlama-kökəlmə, eləcə də, mədə vasitəsilə manipuliyasiya edilən dərmanların, qida əlavələrinin, çayların istifadəsininin Azad İstehlakçılar Birliyi olaraq tam əleyhinəyik.

Çəki atmağın bir neçə mənbəsi var, onlardan yalnız biri mədədir. Ancaq təəssüf ki, çox insan arıqlamağı təkcə mədəsində görür. O insanlar ki, özünü mədəsi ilə imtahana çəkir, onların sonu əksər hallarda xərçəng xəstəliyi ilə yekunlaşır.

Vətəndaşlardan biri sözügedən çayların qəbulundan böyük əziyyət çəkmişdi. Bizə müraciət edəndən sonra həmin çayı araşdırmağa başladıq. Məlum oldu ki, bu, Azərbaycanda istehsal olunur, hətta Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də onun tanınması barədə sənəd verməyib, buna baxmayaraq, istehsalçıları onu satmağa başlayıblar. Biz həmin çayın satışının qarşısını aldıq.

Belə çaylar adətən şəbəkə marketinqi ilə satılır, reklam olunur və əldən-ələ keçir. Onları dükan və apteklərdə görmək olmur”.

Arıqlamaq uğrunda sağlamlığı itirməyə dəyərmi?

Aydın məsələdir ki, arıqlama çayları ilə itirdiyimiz təkcə artıq çəkimiz olmur. Əksinə, bunun bədəli bəzən sağlamlığımız, hətta həyatımız ola bilər.

Ən sağlam arıqlama yolu düzgün qidalanma, su balansının qorunması və fiziki aktivlikdir. Bədənimizi süni yollardan yox, təbii və sağlam metodlarla formalaşdırmaq, uzunömürlülüyün də açarıdır. Unutmayaq ki, sağlamlıq heç bir ideal bədən ölçüsünə qurban verilməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar

Güclü külək əsəcək  - NARINCI XƏBƏRDARLIQ

Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ

14 iyun 2025 , 14:13
Xankəndidə 37 il sonra  "Son zəng" çalındı

Xankəndidə 37 il sonra "Son zəng" çalındı

14 iyun 2025 , 13:11
Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT

Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT

14 iyun 2025 , 13:02
Niyə günəş eynəyini hətta buludlu havada da taxmaq lazımdır?

Niyə günəş eynəyini hətta buludlu havada da taxmaq lazımdır?

14 iyun 2025 , 12:46
Sabah güclü leysan  yağacaq - PROQNOZ

Sabah güclü leysan yağacaq - PROQNOZ

14 iyun 2025 , 12:43
Bilik açarını o aldı -  VİDEO

Bilik açarını o aldı - VİDEO

14 iyun 2025 , 12:10
70 min müəllimin əməkhaqqı artırılacaq

70 min müəllimin əməkhaqqı artırılacaq

14 iyun 2025 , 11:16
Rusiyanın incəsənət adamları İrandan Azərbaycana gəldi

Rusiyanın incəsənət adamları İrandan Azərbaycana gəldi

14 iyun 2025 , 11:08