Beyləqanda bazar yandı
14 iyun 2025 03:05 (UTC +04:00)

Beyləqanda bazar yandı

Beyləqan rayon bazarında güclü yanğın olub.

Lent.az xəbər verir ki, yanğınla mübarizəyə Ağcabədi və Füzuli rayonlarından yanğınsöndürən briqadalar cəlb olunub.

Yanğının xeyli hissəsinin qarşısı alınsa da yanğın hələ də davam edir.

Şahidlər bazarda çalışan ticarətçilərə ciddi maddi ziyan dəydiyini deyir.

FHN-dən verilən məlumatda isə bildirilib ki, Beyləqan şəhəri bazar ərazisində yerləşən bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda yerləşən malların təhlükəsiz əraziyə daşınması işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49
Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

Kürdəmirdə iki qəza olub, bacı-qardaş yaralanıb

14 iyun 2025 , 16:43
Bakıda azyaşlı binadan yıxılıb öldü

Bakıda azyaşlı binadan yıxılıb öldü

14 iyun 2025 , 15:32
Bakıda mağazanı qarət edən qadınlar tutuldu

Bakıda mağazanı qarət edən qadınlar tutuldu

14 iyun 2025 , 15:14
Qonaqlığa pulları çatmadı, araq və kolbasa  oğurladılar

Qonaqlığa pulları çatmadı, araq və kolbasa oğurladılar

14 iyun 2025 , 14:36