Bu gün Kürdəmirdə rayonunda iki yol qəzası olub, yaralılar var.
Lent.az APA-ya istinadla bildirir ki, birinci hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.
"Niva" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 15 yaşlı Sevinc Ceyhun qızı Abışova və onun qardaşı, 24 yaşlı Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar.
İkinci hadisə isə Bakı-Qazax əsas magistral yolunun rayonun Şığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Şığırlı kənd sakini, 40yaşlı Nicat Rafiq oğlu Bəşirovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarındakı dəmir dirəyə çırpılıb. Sürücü Nicat Bəşirov xəsarət alıb.
Hər iki qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.