SEPAH-ın ən azı 30 yüksək rütbəli komandiri bir hücumda öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı açıqlayıb.
Kanalın məlumatına görə, sözügedən hücum İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri Korpusunun komandiri Əmir-Əli Hacızadənin öldürüldüyü əməliyyatdır. İsrail kəşfiyyatının son hesablamalarına görə, bu əməliyyat zamanı SEPAH-ın ən azı 30 yüksək rütbəli komandiri və digər rəsmiləri həlak olub.