Bakıda ƏMƏLİYYAT:  daha 3 nəfər iranlıların güdazına getdi - VİDEO
14 iyun 2025 14:15 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: daha 3 nəfər iranlıların güdazına getdi - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli preqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb.

Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

M.Həsənov, B.Cəfərov və  Q.İbrahimovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayonunda keçirilən tədbirlər zamanı 47 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ  - VİDEO

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO

14 iyun 2025 , 22:27
İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var

Şəkidə yük maşını aşdı, ölən var

14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49