Türkiyədə kişi əmisini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın şəhərinin İncirliova qəsəbəsində baş verib.
63 yaşlı Şenol Göktaşla qardaşı oğlu 32 yaşlı O.K. arasında mübahisə yaşanıb. Bu zaman O.K. bıçaqla əmisinə xəsarət yetirib. Gələn həkimlər yaralının öldüyünü müəyyən ediblər.
Polis cinayəti törədən O.K.-nı öz evində ələ keçirib.