İyunun 14-dən 16-dək Bakıda bir sıra yollarda təmiri işləri aparılacaq.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Təmir gedəcək yollar aşağıdakılardır:
1. Səbail rayonu – Badamdar şosesi;
2.Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;
3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti
• Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə
• Çingizxan mərasim evinin yanı, yan yol;
4. Xətai rayonu – Babək prospekti
• 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;
5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi
• H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;
6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.