İsrail iranlı komandirləri belə tələyə  saldı
13 iyun 2025 21:39 (UTC +04:00)

İsrail iranlı komandirləri belə tələyə saldı

İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisi Amerikanın “Fox News” telekanalına deyib ki, İsrail İrana qarşı son hücumundan əvvəl çox səviyyəli kəşfiyyat əməliyyatı keçirib. 

Lent.az bildirir ki, rəsminin sözlərinə görə, İsrail İran Hərbi Hava Qüvvələrinin kritik fiqurlarını qəsdən müəyyən bir yerdə görüşməyə istiqamətləndirib və onları orada saxlamağa nail olub, sonra hücumu planlaşdırıblar.

“Biz onları aydatdıq”

"Biz komandirlər haqqında daha çox məlumat əldə etməyə imkan verən xüsusi tədbirlər həyata keçirdik və bu məlumatlardan onların davranışlarına təsir etmək üçün istifadə etdik, başqa sözlə, onları aldatdıq", - təhlükəsizlik rəsmisi əlavə edib: "Onlar görüşü planlaşdırdılar, lakin biz onları orada necə saxlamağı bilirdik".

İran Hava hücumları sisteminin komandanının da öldüyü bildirilir
Bildirilib ki, İnqilab Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Sistemləri Komandanı Davud Şeyhiyan da İsrailin İrana hücumlarında həyatını itirib.

İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Tabnak” xəbər saytının məlumatına görə, Şeyhiyan gecə saatlarında İsrailin hücumu nəticəsində həlak olub.

İsrailin hücumunda Baş Qərargah rəisi Məhəmməd Bakeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və Hatəmül Ənbiya Mərkəzi Qərargahının komandiri Qulaməli Rəşid, İnqilab Keşikçiləri Hava və Kosmik Qüvvələrinin komandanı, briqada generalı Haciz Əmirzadə və general-mayor Əlizadə olmaqla yüksək rütbəli hərbi rəsmilər həlak olub.

Nə olub?

Səhər saatlarında İsrail İranın paytaxtı Tehrana, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Loristan, Kirmanşah, Şiraz, Huzistan, Həmədan və Qum şəhərlərinə hücum edib.

Natanzdakı nüvə obyektində heç bir sızma olmadığı bildirilib.

İsrailin Tehrana hücumları zamanı mülki yaşayış məntəqələrinin də vurulduğu, aralarında qadın və uşaqların da olduğu çoxlu mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücumlar həyata keçirdiklərini və hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1894

Oxşar yazılar