BDU-da şahmat çempionatı keçirilir
11 aprel 2013 15:42 (UTC +04:00)

BDU-da şahmat çempionatı keçirilir

Bakı Dövlət Universitetində Heydər Əliyevin 90 illik yubileyi münasibətilə şahmat çempionatının açılış mərasimi olub. Bu barədə Lent.az-a BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. Rektor, akademik Abel Məhərrəmov Heydər Əliyevin idmanın inkişafına daim böyük önəm verdiyini, prezident İlham Əliyevin şahmatın maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodiki və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə imzaladığı sərəncamların əhəmiyyətini qeyd edib. Rektor əlavə edib ki, BDU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən şahmat çempionatı mayın 10-dək davam edəcək. Yarışlarda universitetin 17 fakültəsi üzrə 30 nəfər müəllim-əməkdaşın iştirakı nəzərdə tutulub. Yarışların sonunda 1, 2 və 3-cü yeri qazanan qaliblərə diplom və pul mükafatı təqdim ediləcək. Rektoru çıxışının sonunda bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıb.

 

Qeyd edək ki, açılış mərasimində  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva,  Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Azərbaycanın şahmat yığmasının baş məşqçisi Fikrət Sideifzadə iştirak edib.

 

 

# 902
avatar

Oxşar yazılar