Bakının bir hissəsi su altında qaldı
24 aprel 2013 15:13 (UTC +04:00)

Bakının bir hissəsi su altında qaldı

Bu gün saat 07:42-də 112 xidmətindən Fövqəladə Hallar Nazirliyinə uzunmüddətli yağış yağması səbəbindən suyun səviyyəsinin artması nəticəsində Sabunçu rayon Qambay Vəzirov  küçəsi 19 ünvanında yerləşən fərdi yaşayış evlərində vətəndaşların köməyə ehtiyaclarının olması barədə daxil olub. Lent.az-ın məlumatına görə, əməliyyat məlumatına əsasən Suraxanı rayonu üzrə xilasedicilər  qrupu  hadisə  yerinə  cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, leysan yağışı nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə təqribən 50-60 santimetr yağış suyu dolub  və sakinlərin  evdən  çıxması  üçün  çətinliklər  yaranıb.

 

Xilasedicilər adıçəkilən mənzillərdən 12 nəfərin (3 kişi, 5 uşaq və 4 qadın) çıxarılaraq  təxliyə  olunmasını  təmin ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3779

Oxşar yazılar