Bakıda yeni və qeyri-adi işıqforlar
09 aprel 2013 11:26 (UTC +04:00)

Bakıda yeni və qeyri-adi işıqforlar

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxda yeni işıqforların quraşdırılması ilə bağlı məlumat yayıb. Mərkəzdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Bakıda elektrik enerjisinə qənaət edən 2 yeni və fərqli işıqfor vətəndaşların istifadəsinə

verilib. Belə ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə daxil olan çoxsaylı

müraciətlərə əsasən və aparılmış araşdırmaların nəticəsinə görə bir çox yol hərəkət qaydalarının pozulmasının səbəbi (işıqforun qırmızı işığında keçmə, yol kəsişmələrində səhv manevrlərhəyata keçirmə və s.) məhz sürücülərin işıqforlardakı siqnalı görməməsidir. Bu problemiaradan qaldırmaq məqsədi ilə NİİM müəyyən müddət davam edən tədqiqatlar əsasında nəqliyyat sahəsində mövcud olan son texnologiyalarını özündə əks etdirən yeni işıqforların ölkəmizə nümunə kimi gətirilməsi və test olaraq paytaxtın mərkəzi küçələrinin birində quraşdırılmasını həyata keçirib. Belə ki, LED sistemi ilə (Light Emitting Diode – İşıq saçan diod) təchiz edilən 2 işıqfor Üzeyir Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində quraşdırılıb.

 

Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, LED-li işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iri tutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmayacaq. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat görmələri üçün şərait yaradılıb.

 

İşıqforun fərqliliyi həm də onunla bağlıdır ki, LED sistemindən istifadə elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan yaradacaq. Bundan əlavə, Mərkəzin mütəxəsissləri tərəfindən bu işıqforlarda gələcəkdə günəş enerjisi ilə işləyən panellərin və akkumulyatorun təchiz olunması planlaşdırılır ki, bu da ekoloji baxımdan da səmərəli olacaq. Mərkəz tərəfindən istifadəyə verilən bu 2 işıqfor İntellektual Nəqliyyat Sisteminin tərkib hissəsi olaraq NİİM tərəfindən idarə olunur. Həmin avadanlıqların texniki parametrlərinin paytaxtın şəraitinə daha da uyğunlaşdırılması, nəqliyyat hərəkətində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə tənzimləmə işləri davam etdiriləcək . İlkin olaraq işıqforların fəaliyyəti əsasında hesabatlar hazırlanıb müvafiq qurumlara təqdim ediləcəkdir.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və

2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında

nəqliyyatın hərəkətinin tənzimlənməsi və vətəndaşları müvafiq məlumatla operativ şəkildə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405

Oxşar yazılar