Bakıda saxta məktəbli formaları satılır
01 avqust 2013 13:02 (UTC +04:00)

Bakıda saxta məktəbli formaları satılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formalarının keyfiyyəti ilə bağlı maraqlı faktlar aşkarlayıb.


 

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, komitənin “Qaynar xətt”inə məktəbli formalarının keyfiyyətinin aşağı olduğu, standartlara uyğun olmadığı iddiaları ilə məktublar və müraciətlər daxil olmaqdadır.

 

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhərinin bir neçə ünvanında kontrafakt məktəbli formaları, əmtəə nişanlarının saxtalaşdırılması yolu ilə haqsız rəqabətə şərait yaradan müəssisələrin məhsulları satılmaqdadır. Komitə tərəfindən bu məhsulların Çin Xalq Respublikasından idxal olunduğu, keyfiyyətin aşağı olduğu, təhlükəsizlik göstəricilərinin standarta uyğun olmadığı bildirilir.

 

Mövcud vəziyyəti araşdırmaq məqsədilə avqustun 2-də komitə KİV təmsilçilərinin iştirakı ilə dövlət nəzarəti tədbiri həyata keçirəcək.

 

# 991
avatar

Oxşar yazılar

Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55
Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

3 may 2024 , 10:52
Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

3 may 2024 , 09:31