Bakıda nəhəng körpü salınır
05 aprel 2013 09:55 (UTC +04:00)

Bakıda nəhəng körpü salınır

Bakı şəhərinin yeni yaradılmış Pirallahı qəsəbəsində yeni körpünün tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, yeni körpü Pirallahını sahillə birləşdirəcək. körpünün uzunluğu 710 metr, qabariti 14, DƏNİZ SƏVİYYƏSİNDƏN HÜNDÜRLÜYÜ İSƏ 11 metr olacaq. Körpünün üst hissəsindən avto-nəqliyyat vasitələri altından isə gəmilər keçəcək.

 

Qeyd edək ki, əvvəlki yolu daim dəniz suyu yuyurdu. Yeni yol ötürücüsünün tikintisində məqsəd həm də ərazidə ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

# 2322
avatar

Nizam Rza

Oxşar yazılar