Bakıda daha iki yolda hərəkət dayandırıldı - YENİLƏNİB
01 aprel 2013 11:48 (UTC +04:00)

Bakıda daha iki yolda hərəkət dayandırıldı - YENİLƏNİB

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Şəmsi Bədəlbəyli küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yol bağlanıb.Küçədə nəqliyyatın hərəkətinin nə vaxt bərpa ediləcəyi bildirilmir.

 

Bundan başqa təmir-tikinti işləri ilə əlaqədar olaraq Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Mirzağa Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində də yol bağlıdır.

Qeyd edək ki, bu gün xeyli müddət ərzində bağlı qalmış Füzuli küçəsinin S.Vurğun küçəsi ilə kəsişməsindən Bülbül prospektinə kimi olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

 

# 1584
avatar

Nizam Rza

Oxşar yazılar