Bakı, Gəncə, Sumqayıt İcra Hakimiyyətlərinə pul ayrıldı
03 aprel 2013 18:53 (UTC +04:00)

Bakı, Gəncə, Sumqayıt İcra Hakimiyyətlərinə pul ayrıldı

Prezident İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb.


Sərəncama əsasən Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

# 838
avatar

Oxşar yazılar