Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i Binəqədi şosesi ilə birləşdirən 4-cü Qapı küçəsində yenidənqurma işləri davam etdirilir. Lent.az-ın Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uzunluğu 7 km, mövcud eni 9 m olan küçə 13 m-ə qədər genişləndirilir. Vaxtilə yol örtüyünün dağılmasına səbəb olan sağ və sol hissələrdə yerləşən çirkab su kanalları təmizlənir, dəmir-beton təhnələr və kanalizasiya boruları qoyulmaqla yolun profilindən kənarlaşdırılır. Paralel olaraq neftlə çirklənmiş torpaq yatağı çıxarılır, 1,5-2 m dərinliyində yenidən inert materialları ilə dolduralaraq kipləşdirilir. Bundan əlavə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması, səki daşlarının qoyulması və yeni kommunikasiya xətlərinin çəkilməsi işləri gedir.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06