
Azərbaycanda yararsız ət satışının qarşısı alındı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Lent.az-a agentlikdən verilən məlumata görə, baxış zamanı Elgün Çonpuzovun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini çəkisi 64 kiloqram olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Oxşar yazılar

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
16 iyun 2025 , 10:09
Az adamın bildiyi kəsmiyin TƏHLÜKƏSİ
16 iyun 2025 , 09:22
İyunun ikinci yarısı 3 BÜRC üçün şok olacaq - kim sınaqlarla üzləşəcək
16 iyun 2025 , 09:09
Çox yaxında gözəl xəbərlər eşidəcək BÜRCLƏR
15 iyun 2025 , 18:32
Zaqatalada kəndlərə dolu yağdı
15 iyun 2025 , 18:15
Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?
15 iyun 2025 , 17:35
Dünyada hansı ölkənin sakinləri ən az işləyir? Çətin ki, təxmin edəsiniz
15 iyun 2025 , 16:38